Azərbaycanda 16 yaşlı qızın başını kəsdilər - TƏFƏRRÜATI

Azərbaycanda 16 yaşlı qızın başını kəsdilər - TƏFƏRRÜATI backend

Abşeron rayonunda baş verən hadisə barədə bəzi detallar məlum olub.

Qaziler.az xəbər verir ki, Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, 2006-cı il təvəllüdlü qız öz nişanlısı, 1996-ci il təvəllüdlü Həsənov Murad İlham oğlu tərəfindən öldürülüb.

Qız yaşadığı Hökməli qəsəbəsində evdən çıxan zaman nişanlısı onun başqa oğlanla danışdığını bildiyini qeyd edərək, üç bıçaq zərbəsi vurub.

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, nişanlısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

 

*****

11:58

Azərbaycanda dəhşətli qətl törədilib.

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

loading...
Diaspora