Fransada Azərbaycan səfirliyinə hücum edən şəxslərdən biri saxlanılıb.
Bu barədə Fransada fəaliyyət göstərən “Erməni işini müdafiə komitəsi” adlı təşkilat özünün “Instagram” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, bu ilin sentyabrında erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə basqın etməyə cəhd göstərib.
Ermənilər mədəniyyət mərkəzinin binasına boya atıblar və polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.