Hacıqabulda avtomobil kanala düşüb: ölən var

Hacıqabulda avtomobil kanala düşüb: ölən var backend

Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində qeydə alınıb.

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtombil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb. Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

loading...
Diaspora