Özünü yandıran Vətən müharibəsi iştirakçısı vəfat etdi

Özünü yandıran Vətən müharibəsi iştirakçısı vəfat etdi backend

Şirvanda özünü yandıran Vətən müharibəsi iştirakçısı xəstəxanada vəfat edib.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, Şirvanda yaşayan Yardımlı rayon sakini - 1990-cı il təvəllüdlü Abdıyev Elmir Pənahəli oğlu sentyabrın 18-i özünü yandırıb.

Üçüncü dərəcəli yanıq xəsarəti alan E. Abdıyev elə həmin gün Bakıdakı yanıq şöbəsinə yerləşdirilib.

Lakin 1 ay ərzində aldığı müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar həmin gün məlumat yaymışdır.

Nazirliyin verdiyi xəbərə görə, Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunmuşdur.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürmüşdür.

Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilmişdir

Lakin saat 20 radələrində Elmir Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd etmişdir.

Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılmışdır.

Diaspora