Onlar da Vətən müharibəsinin görünməyən qəhrəmanlarındandır. Söhbət tibb işçilərindən gedir. Məhz onların fədakar əməyi nəticəsində bir çox yaralı yenidən həyata döndü.
Həkimlərimiz həmin günlərdə tək cəbhədə deyil, həmçinin raket zərbələrinə məruz qalmaqla sanki ikinci cəbhəyə çevrilən Gəncədə də böyük əzmkarlıq nümayiş etdiriblər.
“Biz tarixin canlı şahidləriyik” deyən həkim Məharət Kərimov qeyd edib ki, Gəncəyə raket hücumları zamanı həkimlərin çevik müdaxiləsi yaralıların həyatının xilas olunmasında böyük rol oynayıb.
“Bizdə Dürrə adlı tibb bacısı işləyirdi və biz xəstələrə ilkin tibbi yardım göstərərkən onun şəhid olması xəbərini aldıq. Dürrə əvvəlki raket hücumlarında yaralananlara ilkin tibbi yardım göstərmişdi”, - deyə həkim əlavə edib.
“Partlayış səsi o qədər güclü idi ki, Təcili Yardım Stansiyasının qapılarını silkələdi. Həmin an maşınlara oturub, hadisə yeri dəqiqləşməmiş toz, alov çıxan istiqamətə doğru getdik”, - deyə Təcili Tibbi Yardım Xidmətinin həkimi Sərvər Nadirov bildirib.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Gəncənin 5 ayrı tarixdə 8 istiqamətdə ballistik raketlərlə atəşə tutulması nəticəsində 26 dinc sakin həlak olub, 150-dən artıq adam yaralanıb, bir çox insan ömürlük sağlamlığından məhrum olub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: