Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, "Azərsu" ASC birlikdə tədbirlər görür.
Bu barədə "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
***
09.09
Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Bu barədə "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür.
***
09.01
Qaradağ rayonu ərazisində yolu su basıb.
APA xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.
Avtomobillərin hərəkətində problemlər yaranıb. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.
***
08.45
Lökbatan istiqamətində hər iki istiqamətdə yolu su basıb.
APA xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.