Türkiyədə mədəndə partlayış baş verib: dağıntılar altında qalanlar var

Türkiyədə mədəndə partlayış baş verib: dağıntılar altında qalanlar var backend

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

Bu barədə "Haber Global" xəbər verir.

İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.

Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.

Diaspora