Bombalanan Ukrayna şəhərlərinin ADLARI: "Axşama qədər qurbanlar çox olacaq!"

Bombalanan Ukrayna şəhərlərinin ADLARI: "Axşama qədər qurbanlar çox olacaq!" backend

Bildiyimiz kimi bu gün oktyabrın 10-u səhər saatlarında Ukraynanın bir sıra şəhərləri Rusiya Silahlı Qüvvələrinin raket hücumlarına məruz qalıb. Ukraynanın raket hücumuna tutulan şəhərləri bunlardır: Kiyev, Zaporojye, Dnepropetrovsk, Jitomir, Xmelnitski, Ternopil, Lvov, Rivne, Poltava, Nikolayev, Sumı və Xarkov. Rusiya bununla kritik infrastrukturu məhv etməyə çalışır, bir çox şəhərlərdə su və elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qaziler.az xəbər verir ki, bugünkü hücum haqqında ətraflı Ukrayna mənbələrində dərc edilib. Bildirilib ki, bazar ertəsi iş günüdür, Rusiya insanların işə, uşaqların məktəbə və uşaq bağçalarına, tələbələrin isə universitetlərə getdiyi bir vaxtda Ukrayna şəhərlərinə raketlər atıb.

"Saat 08:45-ə olan məlumata görə, Kiyevin Şevçenkovski rayonunun atəşə tutulması nəticəsində 8 nəfər həlak olub, 24 nəfər yaralanıb, 6 avtomobil yanıb, 15-dən çox avtomobilə ziyan dəyib. Digər şəhərlərdəki vəziyyət barədə hələ ki, heç bir məlumat yoxdur. Lakin partlayışlar davam edir, axşama qədər daha çox qurbanların olacağı istisna edilmir. Çünki rus ordusu əllərində olan bütün silahlardan istifadə edir. Zərbələr İrandan aldıqları “Shahed-136” qanadlı raketlər və kamikadze dronları olan təyyarə və gəmilərdən endirilir. Bundan başqa, hücumlar üçün Rusiya Belarus ərazisindən də istifadə edir. Belarusdan Ukraynanın Rovno vilayətinə doğru uçan kamikadze dronları qeydə alınıb.

Rusiya Ukrayna xalqına qarşı soyqırımı həyata keçirən dünyanın bir nömrəli terrorçu ölkəsidir. Rusiya ordusunun bombaladığı Ukrayna şəhərlərinin hərbi infrastrukturla heç bir əlaqəsi yoxdur. Bu o deməkdir ki, maskalar atılıb. İndi Putin Ukraynanın dinc şəhərlərində sadə vətəndaşlara mümkün qədər çoxlu zərbə vurmağa çalışır. Beynəlxalq ictimaiyyət bu gün baş verənlərə reaksiya verməli, terrorçu ölkəni cəzalandırılmalıdır" - mənbədə qeyd edilib. 

Diaspora