Gəncədə şagirdlərin nədən zəhərləndiyi açıqlandı - RƏSMİ

Gəncədə şagirdlərin nədən zəhərləndiyi açıqlandı - RƏSMİ backend

Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib. 

Məktəbdən “Report”a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb. 

"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.

Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər. 

Qeyd edək ki, bu gün Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub. İlkin tibbi yardım göstərildikdən şagirdlərdən 4-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə tibb müəssisəsində davam edir. 

Diaspora