Gəncədə şagirdlər arasında zəhərlənmə: Hazırladıqları salatdan yeyiblər

Gəncədə şagirdlər arasında zəhərlənmə: Hazırladıqları salatdan yeyiblər backend

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub. Məktəbin 6 şagirdi zəhərlənib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.10.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.

APA-nın əldə etdiyi xəbərə görə, şagirdlər məktəbdə dərs zamanı özlərinin hazırladığı salatdan zəhərləniblər.

Diaspora