Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən çıxarıldı

Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən çıxarıldı backend

Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbin direktor əvəzi işdən uzaqlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində məlumat yayıb. 

 

Onun sözlərinə görə, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən verilib. 

 

Qeyd edək ki, 112 saylı orta məktədə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olub.

Diaspora