Altıağac Milli Parkına keçən yanğının ocaq qalanması nəticəsində başladığı ehtimal edilir - BİRGƏ MƏLUMAT

Altıağac Milli Parkına keçən yanğının ocaq qalanması nəticəsində başladığı ehtimal edilir -  BİRGƏ MƏLUMAT backend

Sentyabrın 23-də Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan, sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçən yanğının baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Apa xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.

 

ETSN və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş ocaq yerinə baxış keçirilib, ərazidən fotolar çəkilib, şahidlərin izahatları alınıb.

Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.

Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

 

Diaspora