Qazax rayonunda iki uşağı ildırım vurub, biri ölüb.
Bu barədə Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: "2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır".