Göyçay sakini Kəlbəcərdə yol çəkilişi zamanı yıxılaraq ölüb

Göyçay sakini Kəlbəcərdə yol çəkilişi zamanı yıxılaraq ölüb backend

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişib.

Apa-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib.

Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.

Bəhruz Rüstəmov bir ildən çoxdur ki, Qarabağ ərazisində aparılan yol çəkilişlərində tikinti texnikası idarə edirdi.

Hazırda onun meyiti yaşadığı Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Diaspora