Bakıdakı yanğın Ədliyyə Nazirliyinin inzibati binasında baş verməyib - Nazirlik rəsmisi

Bakıdakı yanğın Ədliyyə Nazirliyinin inzibati binasında baş verməyib -  Nazirlik rəsmisi backend

Xətai rayonundaki yanğın Ədliyyə Nazirliyi icra şöbəsinin inzibatı binasında baş verməyib.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.

"Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayonu icra şöbəsinin inzibati binasında yanğına dair yayılan xəbərlərlə bağlı bildirirəm ki, yanğın nazirliyimizin həmin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib. Yanğın Xətai rayonu icra şöbəsinə keçməyib. Hal-hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur",- deyə o bildirib.

Diaspora