Ədliyyə Nazirliyinin Xətai Rayon İcra Şöbəsinin binası yanır - VİDEO

Ədliyyə Nazirliyinin Xətai Rayon İcra Şöbəsinin binası yanır - VİDEO backend

Bakıda Ukrayna dairəsi yaxınlığında güclü yanğın baş verib.

Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın ərazidə yerləşən Ədliyyə nazirliyinin İcra idarələrinin birinin inzibatı binasında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

***

Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın artıq söndürülüb. Yaxınlıqdakı binalara elektrik enerjisinin verilməsi dayandırılmışdı və artıq bərpa olunub. İş vaxtı bitdiyindən yanğın baş verən vaxt binada kimsə olmayıb.

Ukrayna dairəsində nəqliyyatın gediş-gəlişi məhdudlaşdırılıb. Hazırda ərazidə tıxac müşahidə olunur.

***

Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ukrayna dairəsində nəqliyyatın hərəkəti bərpa olunub.

Əlavə məlumat veriləcək.

loading...
Diaspora