Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub. Məlumata görə, qəza zamanı azı 8 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Lerik rayonunda yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub. Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadov Səyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.
Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.