Gəncə şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb.
Apa xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb.
***
17.11
Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.
Apa-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Həsrət Əliyev küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasında qeydə alınıb.
İlkin məlumata görə, yanğın binanın 1-ci mərtəbəsində yaranıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

