Kürdəmirdə məktəbli qəfil vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Belə ki, Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin X sinif şagirdi Vüsal Dadaşzadə qəflətən dünyasını dəyişib.
Onun ölüm səbəbi məlum deyil.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
