Şəkidə dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Şəkidə dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - YENİLƏNİB backend

Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

Apa-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə ötən gün günorta saatlarından başlayan yanğın bu gün səhər saatlarında məhdudlaşdırılıb. Hazırda ərazidə tam söndürmə və kəşfiyyat işləri aparılır.

 

İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edib. Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar, qurumuş ağac və kötükləri yanıb.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.

***

22.08.2022

Saat 23:20

Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın davam edir.

Apa-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarından rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğın hələ də davam edir.

İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edir.

Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar və qurumuş ağac kötükləri yanır.

Gecə saatları olmasına baxmayaraq, hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.

loading...
Diaspora