“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən təyyarəsinə heyət üzvləri və mühəndis-texniki heyəti tərəfindən baxış keçirilib.
AZAL-dan verilən xəbərə görə, təyyarənin tam saz vəziyyətdə olduğu və sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı verdiyi üzə çıxıb.
Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.
***
saat 08.39
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.