Goranboyda yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Apa-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1998-ci il təvəllüdlü F.Məmmədli və 2000-ci il təvəllüdlü T.Qasımlı həyatını itirib.
Qeyd edək ki, qəzaya düşənlər Sumqayıtdan Gəncə şəhərinə istirahətə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
***
saat 02.36
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə “Qazel” markalı yük maşını toqquşub.
Qəza zamanı minik maşınında olan 2 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxslərin adları aşağıdakılardır:
Eldəniz Babayev (2000-ci il);
Murad Rəhimov (1988-ci il);
Elxan Qocayev (2001-ci il).
Faktla bağlı araşdırma aparılır.




