Azərbaycanda şirkət işçisi hündürlükdən yıxılaraq öldü

Azərbaycanda şirkət işçisi hündürlükdən yıxılaraq öldü backend

“Metak” şirkətinin əməkdaşı hündürlükdən yıxılması nəticəsində ölüb.

Bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 18-i saat 22 radələrində rayonun Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq davam edir.

Diaspora