Goranboyda baş verən yol nəqliyyat hadisəsində ölən olmayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, Goranboyda qeydə alınan qəzada iki nəfər yüngül xəsarət alıb.
Qəza nəticəsində ölüm və ağır yaralanma faktı yoxdur.
Sözügedən qəza ilə bağlı daha bir açıqlama isə yaralıların aparıldığı xəstəxanadan verilib.
Açıqlamada deyilir:
“Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan üç nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.
Yaralıları vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir. 21 nəfərə isə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar”.