Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb

Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb backend

Goranboyda mikroavtobusun aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, fəhlələri daşıyan mikroavtobusun Qaramusalı kəndində aşması nəticəsində xəsarət alanların 15-nin vəziyyəti kafi və orta-ağır, digər 9 nəfərin vəziyyəti isə qənaətbəxş və normal hesab olunur.

Qəza zamanı 2005-ci il təvəllüdlü S.Əhmədov, 2004-cü il təvəllüdlü M.Həsənli, 2009-cu il təvəllüdlü A.Bayramova, 1963-cü il təvəllüdlü Q.Nəbiyeva, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 2007-ci il təvəllüdlü A.Bayramova, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 1978-ci il təvəllüdlü İ.Tağıyeva, 1983-cü il təvəllüdlü G.Hacıyeva, 1987-ci il təvəllüdlü T.Allahverdiyev, 1971-ci il təvəllüdlü R.Mahmudova, 1966-cı il təvəllüdlü N Muradova, 1986-cı il təvəllüdlü G.Zeynalova, 1974-cü il təvəllüdlü G.Baxışova, 1975-ci il təvəllüdlü Z.Mahmudova, 1976-cı il təvəllüdlü V.Qarayeva, 1973-cü il təvəllüdlü A.Zeynalova, 1967-ci il təvəllüdlü İ.Şükürova, 1998-ci il təvəllüdlü M.Baxışova, 1970-ci il təvəllüdlü İ.Nuruyev, 1987-ci il təvəllüdlü G.Quliyeva, 1991-ci il təvəllüdlü E.Tağıyev, 2001-ci il təvəllüdlü S.Həsənzadə və E.Qarayeva xəsarət alıblar.

Qeyd edək ki, xəsarət alanların bəzilərinin üzərinə qaynar su dağılıb və yanıq xəsarətləri alıblar. Onlardan E.Qarayevanın vəziyyəti ağırdır, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi Goranboydakı qəza ilə bağlı açıqlama verib.

Şöbədən "Report"a bildirilib ki, hadisə zamanı 2 nəfər xəsarət alıb: "Faktla bağlı araşdırmalar davam etdirilir".

08:25

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qaramusalı kəndində qeydə alınıb.

Fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

loading...
Diaspora