Bakıda marşrut avtobusu yanıb

Bakıda marşrut avtobusu yanıb backend

Bakıda marşrut avtobusu yanıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gün saat 12:00 radələrində Salyan şosesinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

 

Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb.

loading...
Diaspora