Dövlət Gömrük Komitəsi gömrük şöbəsinin rəis müavini 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlunun özünü asaraq intihar etməsi ilə bağlı hadisəyə münasibət bildirib.
Komitənin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, təəssüf ki, belə bir hadisə yaşanıb:
“Hadisə Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində baş verib. Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.
09:42
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.
APA xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.
Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.