Gömrük Komitəsinin vəzifəli şəxsi özünü öldürdü - YENİLƏNİB

Gömrük Komitəsinin vəzifəli şəxsi özünü öldürdü - YENİLƏNİB backend

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı faktı araşdırılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"13.07.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildiririk ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır", məlumatda deyilir.

 

***

09.36

 

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.

APA xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.

Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora