Qazaxda minik avtomobili “TIR”a çırpılıb, ölən var

Qazaxda minik avtomobili “TIR”a çırpılıb, ölən var backend

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını “TIR”la toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, rayonun Çaylı kənd sakini, 1981-ci il təvəllüdlü İlham Sadıqov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

loading...
Diaspora