Xaçmazda qazi intihara cəhd edib - FOTO

Xaçmazda qazi intihara cəhd edib - FOTO backend

Xaçmaz rayonunda qazi intihara cəhd edib.

Qaziler.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Müzəffəroba kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Xoşbəxtlikdən ailə üzvləri onu xilas edə bilib. 

İlkin ehtimala görə, intihara səbəb onun ailəsində yaranan problemləridir.