Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandıran, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü dərəcə Vətən müharibəsi əlili, 1987-ci il təvəllüdlü Elvin Cəfərov vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə qazi Rey Kərimoğlu məlumat verib. O, qeyd edib ki, qazi gecə müalicə aldığı xəstəxanada vəfat edib və bu gün Sabirabadda, doğulduğu dəfn edilib.
"Qazi Elvin Cəfərovun intiharının səbəbi hələlik bəlli deyil" - deyə R.Kərimoğlu qeyd edib.
Qeyd edək ki, qaziyə Sabirabad rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım edildikdən sonra o, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Allah rəhmət eləsin!