"Torqovı"da kanalizasiya quyusunda partlayış olub - YENİLƏNİB-3 - VİDEO

"Torqovı"da kanalizasiya quyusunda partlayış olub -  YENİLƏNİB-3 - VİDEO backend

“Partlayış nəticəsində quyuların birindəki yeraltı kommunikasiya xəttində yanğın baş verib”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon hissəsinin rəisi Etibar Nəsirov bildirib.

O, əlavə edib ki, yanğın artıq söndürülüb.

***

00.17

Hadisə baş verən küçənin bəzi hissələrinə elektrik verilişi dayandırılıb.

APA-nın hadisə yerindəki müxbirinin məlumatına görə, ərazi Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir.

***

00.05

Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını dəvət ediblər.

 

Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.

***

23.53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

loading...
Diaspora