Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı bataqlıqdan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.