Ehtiyatsızlıqdan dünyasını dəyişən polislər - SİYAHI - FOTO

Ehtiyatsızlıqdan dünyasını dəyişən polislər -  SİYAHI - FOTO backend

2022-ci ildə bir neçə polis əməkdaşı vəfat edib. Onların bəziləri ehtiyatsızlıqdan dünyasını dəyişib, digərləri isə intihar edib.

“Unikal” bu il vəfat edən polislərin siyahısını təqdim edir:

Yanvar ayının 8-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Aprel ayının 22-də isə polis əməkdaşının iştirakı ilə dəhşətli hadisə baş verib. Belə ki, paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra intihar edib. Qətlə yetirilən G.Cabbarova da polis əməkdaşı olub. Belə ki, o, Daxili İşlər Nazirliyini Tibb İdarəsində çalışırmış.

Mayın 13-də  Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, baş leytenant İlkin Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

İyun ayının 1-də Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə getdiyi vaxt Saray qəsəbəsi ərazisində 99-SM-907 dövlət nömrə nişanlı, VAZ-2121 markalı maşının içində silahla ehtiyatsız davrandığına görə atəş açılıb. Hadisə şahidlərinin sözlərinə görə, güllə onun baş nahiyəsindən dəyib. DİN-in hospitalına çatdırılan polisin həyatını xilas etmək mümkün olmayıb. 

Ötən gün isə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev Şəhidlər xiyabanı ərazisindəki ağacdan özünü asıb. Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

loading...
Diaspora