Bakıda məşhur marketdə 28 nəfər zəhərləndi

Bakıda məşhur marketdə  28 nəfər zəhərləndi backend

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

Mağazada 28-ə yaxın şəxs zəhərlənib. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

Diaspora