Göygöldə ağır yol qəzası olub, 6 nəfər ölüb - YENİLƏNİB

Göygöldə ağır yol qəzası olub, 6 nəfər ölüb - YENİLƏNİB backend

Daxili İşlər Nazirliyi (DİN) Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən "Report"a bildirilib ki, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

02.25

Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib.

“Report”un Qərb bürosunun məlumatına görə, “VAZ” markalı avtomobillə yük maşının toqquşması nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların 2 yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.

Bundan başqa Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında vəfat ediblər.

2022-07-02 00:30

Göygöldə avtomobil qəzası zamanı xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla da ölənlərin sayı 6 nəfərə çatıb.

2022-07-01 23:50

Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.

23:25

Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

loading...
Diaspora