Sumqayıtda qadını təpiklə avtobusdan itələyən sürücü saxlanılıb? - AÇIQLAMA

Sumqayıtda qadını təpiklə avtobusdan itələyən sürücü saxlanılıb? -  AÇIQLAMA backend

Xəbər verdiyimiz kimi, iyulun 16-da Sumqayıt şəhərində 12 saylı sərnişin avtobusunda sürücü və sərnişin arasında insident baş verib. Hadisə ilə bağlı avtobusun sürücüsünün saxlanıldığına dair yayılan məlumatlara rəsmi cavab verilib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, Sumqayıt şəhərində polis tərəfindən avtobus sürücüsünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, qadın sərnişin sürücünü ağır formada təhqir edir və əl çantası ilə ona hücum çəkir. Sükan arxasında olan sürücü isə əvvəlcə sərnişinə cavab olaraq təhqir səsləndirir. Sərnişinin ona hücum çəkməsindən qəzəblənən sürücü qadını təpiklə itələyərək avtobusdan atır. Hadisə zamanı qadın qapıdan yola yıxılır. İlkin məlumata görə, mübahisəyə səbəb kimi sürücünün sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə etiraz etməsi olub. Qadının xəsarət aldığı deyilir. 12 saylı avtobusun sürücüsü A.Kosayev isə işdən çıxarılıb. 

Diaspora