Bakıda "ZİL" avtobusa çırpılıb

Bakıda "ZİL" avtobusa çırpılıb backend

27 iyul saat 15:30 radələrində Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində karyer daşı ilə yüklənmiş “ZİL” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99-JK-422 nömrəli avtobusa çırpılıb.

Trend xəbər verir ki, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib.

Hadisə zamanı avtobusa zərər dəysə də, xəsarət alan olmayıb.

Diaspora