Bu gün Sumqayıtda qətlə yetirilən 84 yaşlı Qənirə Mehdixanlının tanınmış şəxs olduğu üzə çıxıb.
Qaziler.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şairə, QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedoqoji fəaliyyət göstərib.
Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb. Həmin vaxt Q.Mehdixanlı nəvəsinin nişanlanması münasibətilə təbrikləri qəbul edib.
Qətlin səbəbləri hələlik tam müəyyənləşməyib, faktla bağlı araşdırmalar davam etdirilir.
Fotoda: Qənirə Mehdixanlı və onu qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat