Vətən müharibəsi veteranı qəzaya düşüb - FOTO

Vətən müharibəsi veteranı qəzaya düşüb -  FOTO backend

İsmayıllı rayonunda Vətən müharibəsi veteranı qəzaya düşüb.

"Report"un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, VAZ-2107 markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü 2000-ci il təvəllüdlü Oruc Məlikov Nazim oğlu ağır bədən xəsarətləri alıb. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətinin ağır olması və xəstəxanada lazimi tibbi avadanlıqların olmaması səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olub. Hazırda reanimasiyadadır. Vəziyyət sabitdir.

Qeyd edək ki, Oruc Məlikov Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunamasına görə" medalı ilə təltif edilib.

Diaspora