Dənizdə batan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyevin meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, onun meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, o, iyunun 20-də dənizdə batıb. Kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub. Əslən Ağsudan olan Səfər gələn ay hərbi xidmətə yollanmalı idi.
