Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat etdi

Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat etdi backend

Rusiyanın keçmiş dövlər katibi Gennadi Burbulis 77 yaşında vəfat edib.

Bu barədə TASS-a onun yaxınları məlumat verib. Onlar bildiriblər ki, Burbulis Bakıda qaldığı oteldə dünyasını dəyişib.

Burbulis beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəlib. Hələlik ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Gennadi Burbulis 1945-ci ildə anadan olub. Sovet dövründə və müstəqil Rusiyada bir çox mühüm vəzifədə çalışıb. O, 8 dekabr 1991-ci ildə imzalanmış belovejsk sazişinin hazırlanmasında iştirak edib. Bundan başqa, Boris Yeltsinin prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya baş nazirinin birinci müavini vəzifələrində çalışıb.

Diaspora