Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var -  YENİLƏNİB backend

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub:

"1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.

3 saylı Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet qoyulub".

10:39

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.

"Report"un xəbərinə görə, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora