Şəkidə baş vermiş ağır qəzada həlak olan cütlük bu gün dəfn olunub.
Oxu.Az xəbər verir ki, nişanlı cütlük bu gün Balakən rayonu, Gərəkli kənd qəbiristanlığında son mənzilə yola salınıb.
Məlumat verdiyimiz kimi, 11 iyun tarixində Şəkidə baş verən yol qəzasında sürücü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, onun nişanlısı, sərnişin Günel Göyüşova isə xəstəxanaya yerləşdirilmiş, lakin onun həyatını xilas etmək mümkün olmamışdı.
Qeyd edək ki, İbrahim Ağalarov və Günel Göyüşovanın toy mərasimi qəzadan bir həftə sonra baş tutmalı imiş.