Salyanda güclü külək fəsadlar törədib - FOTO

Salyanda güclü külək fəsadlar törədib -  FOTO backend

Salyanda güclü külək bir sıra fəsadlar törədib.

“Report” xəbər verir ki, külək Salyan şəhərində bir neçə ağaçı aşırıb. Əliağa Kürçaylı küçəsində aşan ağac yolun üzərinə düşdüyündən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.

Bununla yanaşı, təbii hadisə elektrik təsərrüfatlarına da ziyan vurub. Şəhərin H.Əliyev, Ə.Kürçaylı, T.Xəlilbəyli və N.Nərimanov küçələrinin sakinləri 2 saatdan çox işıqsız qalıb.

Küləyin aşırdığı ağaclar aidiyyəti qrumlar tərəfindən kəsilərək ərazidən uzaqlaşdırılıb, elektrik naqilləri isə təmir edilərək əhaliyə verilən elektrik enerjisi bərpa olunub.

loading...
Diaspora