Şamaxıda məktəblilərin düşdüyü yol qəzası ilə bağlı araşdırmalara başlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 12-də saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci km-də Pərviz Quliyevin idarə etdiyi 99- NL-949 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtobus idarə etməni itirək yol qəzası törədib.
Hadisə yerində Dövlət Yol Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
İki nəfər yaralıya yerində ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər.
Hazırda fakt bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.