Milli Qəhrəmanın anası dəfn edilib - FOTO

Milli Qəhrəmanın anası dəfn edilib - FOTO backend

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anası Məhluqə Məhərrəmova dəfn edilib .

Qaziler.az xəbər verir ki, Milli Qəhrəmanın anası "Qurd qapısı" qəbiristanlığında dəfn edilib. 

Dəfndə mərhumun yaxınları, Milli Qəhrəmanın döyüş yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Nəsimi rayon icra Hakimiyyətinin başçısı Asif Əsgərov və digər məsul şəxslər iştirak edib.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri Milli Qəhrəmanların ailə üzvlərinin, şəhid ailələrinin yas mərasimlərində daim iştirak edirlər.

Xatırladaq ki, Fred Asif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib. Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyub.

O, 1994-cü ildə vərəmdən vəfat edib. Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib. Asif Məhərrəmova “Fred” ləqəbini 1970-ci illərdə onun yoldaşları Ağdamın “Dostluq” kinoteatrında nümayiş olunan Danimarkanın “Birinci vur, Fred” filminin əsas qəhrəmanının şərəfinə görə veriblər. 

Allah rəhmət eləsin!

Diaspora