İtaliyada helikopter radardan itib - Göyərtəsində türklər də olub

İtaliyada helikopter radardan itib -  Göyərtəsində türklər də olub backend

İtaliyada radarlardan itən helikopterin göyərtəsində Türkiyədə özəl firmalardan birində işləyən ölkənin 4 vətəndaşı olub.

“TRT Haber” xəbər verir ki, bu barədə İtaliyanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata görə, iyunun 9-da İtaliyanın Toskana və Emilia-Romaqna bölgələrinin sərhədində helikopter radarlardan itib. Dünəndən onun axtarışı davam edir. Axtarışlar hələ ki bir nəticə verməyib.

Məlumata görə, helikopterin göyərtəsində 4-ü Türkiyə, 2-si Livan vətəndaşı olmaqla 7 sərnişin var imiş.

Helikopter təmizlik məhsulları satan “Roto Cart” adlı bir firmanın müştərilərini fabrikə daşıyırmış.

Hadisə ilə bağlı Türkiyənin "Əczaçıbaşı" şirkəti açıqlama yayaraq 4 əməkdaşının itkin düşdüyünü bildirib.

Report.az

Diaspora