Gədəbəydə içərisində tələbələrin olduğu mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alıb.
Qaziler.az "Report"a istinadla xəbər verir ki, Gədəbəy sakini, 1954-cü il təvəllüdlü Sərxan Həmzəyevin idarə etdiyi, Gədəbəy istiqamətində hərəkətdə olarkən mikroavtobus rayonun Maarif kəndində idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 2004-cü il təvəllüdlü Jalə İbrahimova, 2004-cü il təvəllüdlü Jalə Bayramlı, 1980-ci il təvəllüdlü Turab Rzayev, 2004-cü il təvəllüdlü Nurtac Allahverdiyeva, 2004-cü il təvəllüdlü Orxan Hüseynov və 1978-ci il Günay Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar, onların beşinin vəziyyəti qənaətbəxş birinin vəziyyəti isə kafi qiymətləndirilir.
Qeyd edək ki, yaralılar arasında tələbələr də var.
Faktla bağlı araşdırmalara başlanılıb.