Avtomobil 2 yerə bölündü - Biləsuvarda DƏHŞƏTLİ QƏZA

 Avtomobil 2 yerə bölündü - Biləsuvarda  DƏHŞƏTLİ QƏZA backend

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.

Daha sonra zərbənin təsirindən "VAZ 2106" markalı minik avtomobili iki yerə parçalanıb.

Onun sürücüsü rayonun Xırmandalı kənd sakini, 1996-cı il təvəllüdlü Mehdiyev Cahid Maarif oğlu və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirli Yunis Elmir oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

loading...
Diaspora